Fərdi inkişaf kitablarından maraqlı sözlər | Kitab sözləri

 

Uğur ömürdə bir dəfə həyata keçirilən nəhəng dəyişikliyin deyil, gündəlik vərdişlərin məhsuludur.

Atomik Vərdişlər, James Clear

 

  • Həyatın əsl sevinci ən yüksək hesab etdiyin məqsədə doğru can atmaqdadır.
    Yüksək Effektli İnsanların 7 Vərdişi, Stephen R. Covey
  • Hər bir məğlubiyyətdə potensial uğur toxumu yatır!
    Düşün və Varlan, Napoleon Hill
  • Heç kim və heç nə səni səndən daha yaxşı motivasiya edə bilməz. Özünün müəllimi olmağı öyrən.
    Gəncsən? Başla!, Nadir Adilov
  • Dünyanın tanınmış motivasiya yönümlü natiqi Nik Vuyçiç deyirdi: «Həyatımın ilk mərhələlərində həyatımı dəyişəcək möcüzəni gözlədim. Sonra anladım ki, özüm həyatlar dəyişən möcüzəyəm».
    Kvan, Coşqun Kərimov
  • Xoşbəxtliyə gedən yol yoxdur, xoşbəxtlik o yolun özüdür..
    Xırda Şeyləri Dərd Etməyin, Richard Carlson
  • Sınanmadığın acı haqqında danışmaq hər zaman asandır. (D.Karnegi)
    Danışığınla həyatı qazan, Cəlalə Nəzəroğlu
  • "Özünüdərk soğan kimidir. Bir neçə qatdan ibarətdir və hər qatı soyuduqca yerli-yersiz ağlamağa başlayırsınız."
    Vecinə Almamağın İncə Sənəti, Mark Manson
  • Lider olmaq üçün insana titul lazım deyil.
    Titulsuz Lider, Robin Şarma
  • Özünüzü tənbəl və ya kütbeyin hiss etdiyiniz anlarda planetdə ən çalışqan və parlaq beynə sahib olduğunuzu düşünüb özünüzə stimul verə bilərsiniz..
    İncognito — Beyinin Gizli Həyatı, David Eagleman

Fərdi inkişaf kitablarından maraqlı sözlər | Kitab sözləri ferdi inkisaf

Əslində nərdin oyun prinsipi çox xoşuma gəlir. Bu oyunda həm beynin,həm də bəxtin olmalıdır…Başın varsa bəxtin gətirmirsə, uduzursan. Bəxtin varsa başını işlədə bilmirsənsə, yenə uduzursan. Əslində biznes də eyni prinsiplə işləyir.

Alamo 13, Coşqun Kərimov
 
  • Bildiyiniz şeylər ən böyük var-dövlətinizdir, lakin bilmədikləriniz ən böyük riskiniz ola bilər.
    Varlı Ata, Kasıb Ata, Robert T. Kiyosaki
  • Heç birimiz xarici şərtlərə və daxili şərtləndirmələrə məhkum deyilik. Bu günə qədər etdiklərimiz bizi indi olduğumuz mövqeyə gətirdi, daha yaxşı bir yerdə olmaq istəyiriksə, yeni bir qabiliyyət təfəkkürünə keçməliyik. Eynşteyn «Bir problemi yaradan zehni eyni səviyyədə çalışdıraraq o problemi həll edə bilməzsiniz» deyirdi. Böyük dahi fərqli nəticələr istəyiriksə, yeni işlər görməyin lazım olduğunu bu sözlərlə anladır: «Hər zaman etdiyini etməklə daha yaxşı bir nəticə gözləmək dəlilikdir».
    Hər Şey Səninlə Başlar, Mümin Sekman
  • Sevgi əlkimyadır.Nəyi sevirsənsə, ona çevriləcəksən.Heç vaxt səhv şeyləri sevmə, çünki səni dəyişdirəcək.Heç nə sevgi qədər insanı dəyişdirə bilməz.Səni göylərə, yuxarılara qaldıracaq, sənin fövqündə olan şeyləri sev..
    Tale, Azadlıq və Ruh, Oşo
  • Həyatını daha mənalı edənlərlə daha çox vaxt keçir.Dırmaşmaq istədiyin dağlara dırmaş və şeypur çalmağı öyrən.Yağış altında rəqs et, ya da özünə yeni biznes qur.Musiqini sevməyi öyrən,təzə bir dil öyrən, uşaqlıq arzularını reallaşdırmağa çalış. Ruhunu oyat və qəlbini ruhlandır. Bu Nirvanaya gedən yoldur.Nirvanada hər şey mümkündür.Orda həyat kamildir.
    «Ferrari»sini Satmış Rahib, Robin Şarma

Siz iki gözünüzü bir milyard dollara satardınızmı? Hər iki ayağınız üçün siz hansı məbləği tələb edərdiniz? Bəs əlləriniz üçün? Bəs eşitmək qabiliyyətiniz üçün? Övladlarınız sizin üçün qiymətlidirmi? Bəs ailəniz? Öz məziyyətlərinizi fikrinizdə cəmləyin və siz anlayacaqsınız ki, malik olduğunuzu Rokfellerlərin, Fordların və Morqanların birlikdə götürülmüş var-dövlətinə dəyişməzdiniz.  

Dostları Necə Qazanmalı və İnsanlara Təsir Etməli, Deyl Karnegi

Ferdi inkisaf kitablarindan maraqli sitatlar kitab sozleri

 

 

0 şərh